MƏDƏNİYYƏT

Ozan Akbaba Şuşa barədə təəssüratlarını bölüşüb - FOTO

Aktyor qeyd edib ki, Türkiyədə ekranlara çıxan ilk həftədə film tamaşaçıların gözləntilərini tam doğruldub.
Sputnik
BAKI, 3 fevral — Sputnik. "Biz şadıq ki, Azərbaycan öz torpaqlarını qaytara bildi. Qarabağ gözəldir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin məşhur aktyoru Ozan Akbaba tamaşaçıları "Anka" filminin Park Cinema Flame Towers-də keçirilən qalasından sonra deyib.
"Şuşa şəhərində oldum və gördüklərimdən şok oldum. Çox görməli yerləri gəzdik, Cıdır düzü. Sadəcə, oradan ayrılmaq istəmədim. İnşallah. bu gözəl şəhəri yenidən ziyarət etmək”, - deyə Akbala bildirib.
Aktyor onu da qeyd edib ki, Türkiyədə ekranlara çıxan ilk həftədə film tamaşaçıların gözləntilərini tam doğruldub:
"Lentin yaradıcıları çoxlu müsbət rəylər aldılar. Akbala əmindir ki, Azərbaycan tamaşaçısı da filmdən razı qalacaq".
Qeyd edək ki, sözügedən film tamaşaçıların gözləntilərini tam olaraq qarşılayaraq çoxlu müsbət rəylər toplamağı bacarıb.
Bəzi türk nəşrləri filmi "türk kinosu üçün sıçrayış" adlandırır, halbuki, son illər ərzində türk kinosu bir neçə maraqlı və kassalı filmlərlə yadda qalıb. Süjetinə görə "Forsaj" filmini xatırladan "Anka" çəkiliş qrupundan böyük səbrlə yanaşı, risk də tələb edib. Akbaba filmin Türkiyədə təqdimat mərasimində etiraf edib: "Çəkiliş zamanı çox təhlükəli anlar yaşanıb. Bu, xüsusilə qarda çəkilən səhnələrə aiddir. Amma əminəm ki, hər kəs nəticədən razı qalacaq".
Filmdə Akbabadan başqa, Uğur Uzunel, Deniz Işın, Atilla Şendil və Engin Hepileri də rol alıblar. Qeyd edək ki, bir müddət əvvəl Akbaba Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib və Cıdır düzündə "Nə oldu, Paşinyan?" ifadəsini səsləndirib.
Öz süjeti və dinamikası ilə "Türk forsajı" ləqəbini qazanan bu film Azərbaycanda ancaq "Park Cinema" kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin süjetinə görə, baş qəhrəman Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirib. O gündən bəri həyata tutunmaq istəməyən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir.
Türkiyəli aktyor Ozan Akbaba "Anka" filminin Park Cinema Flame Towers-də keçirilən qala gecəsində
Lakin işini itirmək və pulsuz qalmaq onu bədbinliyə sürükləyir. Muratın həyatını davam etdirmək üçün qəza günü tam yaşaması lazım olduğuna inanan Ejder qəzaya düşən maşını Murata göstərir və onu bu halda görmək istəmədiyini deyərək qərar verməsini istəyir. Baş verənlərdən sonra bir müddət yoxa çıxan Murat qayıtdıqdan sonra həyatına yenidən başlamaq üçün hərəkətə keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ozan Akbaba tamaşaçıları Bakıdakı qalasına dəvət edir - VİDEO
Türk müğənnilər Bakıda: gözlənilən dörd konsert - VİDEO
Hazal Kaya və komandası Bakıda - VİDEO-FOTO