AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Gəncə qapıları"nın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar gedir

Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb.
Sputnik
BAKI, 3 fevral — Sputnik. "Gəncə qapılarının taleyi mənim ötən il Gürcüstana səfərimin gündəliyində olan məsələ idi. Biz bu məsələni orada olan aiddiyatı dövlət qurumları ilə müzakirə etdik". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.
Anar Kərimov
Nazir deyib ki, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur: "Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır".
Xatırladaq ki, Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə Gəncə qapılarının qaytarılması ilə bağlı müraciətlər etsə də, Gürcüstan tərəfi buna razılıq verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Mədəniyyət naziri baxımsız abidələrin taleyinə aydınlıq gətirdi
Orta əsrlərə aid abidə dəfinə axtaranların qurbanı olub
Mədəniyyət Nazirliyində dəyişikliklər baş verib