AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət Sərhəd Xidmətində nə baş verib? Müşavirədən qeydlər

2021-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən hansı əsas nailiyyətlərin əldə olunması Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­rilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azər­baycan Respublikasının ərazi bütövlü­yü bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşı­rıqların yüksək səviyyədə yerinə yetirildiyi bildirilib.
Azərbaycan-İran döv­lət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahə­sində sərhəd mühafizə infrastruk­tu­runun bərpası, Zəngilan, Qu­badlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədi­nin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi poten­sialının gücləndirilməsi, düşmənin təxribat­larının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əla­mətdar olması qeyd olunub.
Elçin Quliyev
Bu nailiyyətlərin əldə olunmasının dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunul­mazlı­ğının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.
2021-ci ildə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Marallı kəndi, 04 oktyabr tarixində Cəbrayıl rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, 20 oktyabr tarixində Zəngilan rayonun­da yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliy­yətinin təşkili, hərbi qulluq­çuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yara­dılmış şəraitlə tanış olma­sı qeyd olunub.
Həmçinin bildirilib ki, Və­­tən Müharibəsində göstərdikləri rəşa­dətə, igidliyə və şücaətə görə 12 DSX hərbi qulluqçusunu "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülüb, habelə sərhədçiləri 176 orden, 5203 medalla təltif­ edilib, 23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mül­ki işçilərinin sosial müdafiəsinin güclən­diril­məsi barədə qərar verməsininin Dövlət Sərhəd Xidmətinin şəxsi heyə­ti üçün xüsu­silə əhəmiyyətli olub, böyük ruh yüksəkliyi ilə qarşı­lanın.
2021-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:
- İşğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-döyüş fəaliyyətinə başlayıb;
- Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb;
- İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkil­ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;
- 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib;
- Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azər­baycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mü­ha­fizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib;
- Azərbay­can-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdi­ril­ib, hal-hazı­radək 178 ədəd sərhəd nişanı quraşdırılıb;
- Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­ları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkar­lığı təkmil­ləş­dirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.
- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;
- terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılmış, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb;
- 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib;
- 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb;
- sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təli­mata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azər­baycan Respub­li­kasının Pre­zi­denti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edə­cəkləri vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.