SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində dialoqa hazırdır- Nazir

Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
Sputnik
BAKI, 3 fevral - Sputnik. Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunu qəbul edib. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.
Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.

Nazir Pərviz Şahbazov isə yeni mənbədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın tədarükündə Məşvərət Şurasının töhfələrini qeyd edərək, Moldovanın ilk dəfə olaraq budəfəki iclasda iştirakını alqışlayıb.
Bu layihənin növbəti mərhələsi üzrə fəaliyyətə başlamaq üçün zəruri addımları diqqətə çatdırıb:
“Gələcəyə baxdıqda ixracın artırılması üçün potensial var. Bu imkanların reallaşdırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi isə istehlakçıların müəyyənləşdirilməsini, müqavilələrin imzalanmasını, investisiyaların yatırılmasını, interkonnektorların qurulmasını və lazımi dəstəyi əhatə edən prosesdir. Biz maraqlı tərəflərlə bu istiqamətdə dialoqa başlamağa hazırıq.”

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşdə də təbii qaz təchizatının diversifikasiyası və bu xüsusda Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Virgil-Daniel Popesku Rumıniyanın iştirakı ilə həyata keçirilən interkonnektorların Cənub Qaz Dəhlizinin genişlənməsinə töhfə verəcəyini bildirib. O, Rumıniyanın Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlığa marağını ifadə edib.

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb.
Müzakirələrdə təbii qazın dayanıqlı enerji növü kimi gələcəkdə enerji balansında öz mövqeyini qoruyacağı, Cənub Qaz Dəhlizinin ikinci fazası üzrə Macarıstanla əməkdaşlıq, gələcək fəaliyyət strategiyasından irəli gələn məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan qazı Macarıstana nəql edilə bilər
Ermənistan Azərbaycana delimitasiya ilə bağlı yeni təkliflər ötürüb - Nazir
Azərbaycan nefti 94 dollardan aşağı düşüb