AZƏRBAYCAN XƏBƏRLƏRİ

Zərifə Salahova "Şərəf" ordeni ilə təltif edilib

Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub
Sputnik
BAKI, 1 fevral — Sputnik. Zərifə Teymur qızı Salahova "Şərəf" ordeni ilə təltif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Zərifə Salahovanın 90 yaşı tamam olur.
Zərifə Salahova miniatür kitab muzeyinin təsisçisi və rəhbəridir. 1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2012-ci ildə isə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülüb.
Zərifə Salahova dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.