BAKI, 01 fevral — Sputnik. Ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olaraq seçilən "Müharibə uşaqları" (yeni adı ilə "Böyük qırmızı ev) bədii-sənədli filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycanfilm" Kinostudiyası İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lətif Lətifsoyun verdiyi məlumata görə, xronometrajı 15 dəqiqə olan filmin montaj işləri yekunlaşmaq üzrədir.
"Böyük Qayıdış" çəklişi
© Photo : Azerbaijanfilm
Bədii-sənədli filmdə 2020-ci ildə İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalmış uşaqların həyatlarına işıq tutulur.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını akytor Namiq Ağayev ifa edir.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Azərbaycanfilm" kinostudiyasının istehsalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: