İDMAN

"Tata Steel" bu gün başa çatır: Şəhriyar neçənci olacaq?

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün, yarışın 13-cü turunda ABŞ təmsilçisi ilə görüşəcək.
Sputnik
BAKI, 30 yanvar - Sputnik. Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turniri bu gün başa çatır. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün, yarışın 13-cü turunda Fabiano Karuana ilə görüşəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, yanvarın 29-da Şəhriyar hindistanlı Vidit Santoş Qucrati ilə oyundan qalib ayrılıb. 9 mümkün xaldan 7,5 xal toplayan Şəhriyar hələlik ikinci yerdə qərarlaşıb. Onun xalı Rixard Rapportla eynidir.
Turnirin qalibi isə artıq bəllidir - hazırkı çempion Maqnus Karlsen 8.5 xal toplayaraq qələbəni təmin edib.
13-cü turda bu şahmatçılar üz-üzə gələcəklər:
Yorden Van Forest (Niderland, 6 xal) - Sem Şenklend (ABŞ, 5,5 xal)
Nils Qrandelius (İsveç, 4) - Yan Kşiştof Duda (Polşa, 5,5)
Rixard Rapport (Macarıstan, 7,5) - Aniş Giri (Niderland, 7)
Rameşbabu Praqnanandha (Hindistan, 4,5) - Andrey Yesipenko (Rusiya, 6,5)
Maqnus Karlsen (Norveç, 8,5) - Daniil Dubov (Rusiya, 3,5)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 7,6) - Fabiano Karuana (ABŞ, 6)
Sergey Karyakin (Rusiya, 6) - Santoş Vidit (Hindistan, 6).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.