BAKI, 30 yanvar - Sputnik. Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib. Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib. Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.
Anna Başta Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazandı!
© Photo : Azerbaijan Fencing Federation
Qeyd edək ki, dünən milli komandamızın lideri Anna Başta Dünya Kubokunda qızıl medal qazanıb. Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9) ardınca alman Julika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.
Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib.
Dünya Kubokunun mərhələ yarışında təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova isə qadınların şəxsi yarışında çıxışını başa vurub.
Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitina (8:15), Sevil Bünyatova isə qazaxıstanlı Aigerim Saribaya (13:15) uduzub.
(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: