CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DGK sədri narkoticarət trafikinin qarşısının alınmasından danışdı

Səfər Mehdiyev bildirib ki, trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan torpaqlarının işğaldan azad olunması həmin ərazilərdən kəçən narkoticarət trafikinin qarşısını alıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

"Bu trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb", - deyə S. Mehdiyev qeyd edib.

Bununla yanaşı komitə sədri gömrük organlarının elektron xidmətlərindən istifadəyə də toxunub. Onun sözlərinə görə, 2021-ci ildə "Smart Customs" və digər elektron xidmətlərdən istifadənin həcmi 14 milyondan çox olub:
"Bu xidmətlərin 7-8 milyonu fiziki şəxslərin payına düşür".
Qeyd edək ki, gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə təşkil edilən tədbirdə qonaq qismində Ümümdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya da iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Xurma ixracı artıb - bəs digər göstəricilər?
Azərbaycandan Türkiyə və Avropaya on yeddi milyardlıq ixrac
Azərbaycana gətirilən benzinlərin gömrük rüsumu sıfırlanır
Uçot dərəcəsi qaldırıldı - Manata və inflyasiyaya təsiri necə olacaq?
Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlama