BAKI, 29 yanvar — Sputnik. Samux Rayon Təhsil Şöbəsi rayonun Çobanabdallı kəndindəki məktəbdə dərslərin keçirilməməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, şöbədən bildirilib ki, Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması ilə bağlı yayılan videomaterialda qeyd olunan iddialar əsassızdır:
"Videoda səsləndirilən iddia əsassızdır. Məktəbdə iki məktəbəqədər hazırlıq qrupu var".
Qeyd edək ki, Samux rayonunun Çobanabdallı kəndində 624 yerlik təzə məktəbin istifadəyə verilməsinə baxmayaraq, məktəbəqədər hazırlıq qrupunda yerin olmaması və şagirdlərin məktəbin dəhlizində gözləməsi barədə videogörüntü yayımlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO
* Müəllimə bir töhmət, valideynə iki: bu yükü hər kəs boynuna götürməlidir