İDMAN

Azərbaycanın futzal millisi cərimələnib, digər yığmaya xəbərdarlıq edilib - VİDEO

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 2400 avro cərimələnib.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. UEFA futzal üzrə Azərbaycan millisini cəzalandırıb. Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən məlumatına görə, buna yığmanın 4 üzvünün Niderlandda keçirilən Avropa çempionatında Gürcüstana 2:3 hesabı ilə uduzduqları oyunda sarı vərəqə görməsi səbəb olub.
Komandanın heyətində Fineo De Araujo, Rizvan Fərzəliyev, Felipinyo və Tyaqo Bolinya xəbərdarlıq alıblar.
Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 2400 avro cərimələnib.
Qadınlardan ibarət Azərbaycan miliisi Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2023-ün seçmə mərhələ oyununda 6 futbolçusunun sarı vərəqə alması səbəbindən xəbərdarlıq alıb.
Bundan başqa, Azərbaycan milli komandasının karantinə alınmış futzalçıları yenidən COVID-19 testindən keçiblər.
Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onlar bugünkü matçda iştirak etməyəcəklər və 7 gün karantində qalacaqlar. Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PZR testi götürülüb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.