RUSİYA

“Rusiya Veteranları” RF Erməniləri İttifaqında yoxlama aparılmasını tələb edir

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın nasizm siyasətindən danışıb və Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. “Rusiya Veteranları” Ümumrusiya ictimai hərəkatı Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarını reabilitasiya etmək cəhdilə bağlı yoxlamanın keçiriməsini tələb edir. Bu barədə Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir.
Buna səbəb isə nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njde haqqında filmin Moskvada nümayiş olunacağı barədə Rusiya Erməniləri İttifaqının elanı olub.
Hərəkatın sədri İldar Rezyapov Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və Rusiyanın baş prokuroru İqor Krasnova bununla bağlı müraciət ünvanlayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın nasizm siyasətindən danışıb. Prezident bildirib ki, Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib.
"Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub", - deyə Azərbaycan Prezidenti bildirib.
Prezident bildirib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib:
“Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ermənistan BMT-də faşizmə qarşı çıxdı - Bəs Njde necə oldu?
Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi
Bayramov və Lavrov nasizmin qəhrəmanlaşdırmasını pislədilər
Veteranlar Qaregin Njde ilə bağlı daha bir müraciət etdilər