BAKI, 28 yanvar — Sputnik. Bağdad Beynəxlaq Hava Limanı cümə günü raket hücumuna məruz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" İraq Təhlükəsizlik Qüvvələrində olan mənbəyə istinadən xəbər verir.
"Ən azı 6 raket vurulub və uçuş-eniş zolağı zonasına düşüb", - deyə mənbə bildirib.
O qeyd edib ki, raketlər hava hücumundan müdafiə sistemləri hesabına vurulub. Onun sözlərinə görə, hücum yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə 05:30) baş verib.
Hücum nəticəsində həmin vaxt dayanacaqda olan təyyarələrdən birinə zərər dəyib.
Xatırladaq ki, bir həftə əvvəl İraqın şərqində terror təşkilatı DEAŞ-ın orduya təşkil etdiyi hücumda 11 İraq əsgəri həlak olub.
Diyalə Əməliyyat Komandanlığının açıqlamasına görə, terror təşkilatı DEAŞ Diyala vilayətinin Spacem rayonunda hücum həyata keçirib.
Hücum nəticəsində 11 İraq əsgərinin həlak olduğu bildirilib.
Qeyd edilib ki, terror təşkilatı DEAŞ hücumundan sonra yüksək səviyyəli hərbi heyət bölgəyə gedib və hücumla bağlı araşdırma başlayıb.