SƏHİYYƏ

Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı

Yoluxanlar arasında qadınlar üstünlük təşkil edirlər. Belə ki, COVID-19-a yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda koronavirusa yoluxanların cinsə görə bölgüsü açıqlanıb. Sputnik Azərbaycan-ın koronovirusinfo.az saytına istinadən məlumatına görə, yoluxanlar arasında qadınlar üstünlük təşkil edirlər. Belə ki, COVID-19-a yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.
Azərbaycanda COVID-19 infeksiyasına ən çox yoluxma halları isə 52,3% ilə Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,3%, Aranda 12,9%, Gəncə-Qazaxda 7,7%, Quba-Xaçmazda 3,6%, Şəki-Zaqatalada 3,5%, Lənkəranda 2,5%, Dağlıq Şirvanda 2,2%, Yuxarı Qarabağda 1,6%, Naxçıvan Muxtar Respublikasında 0,5%-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5% təşkil edir.
Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5%-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,5%-lə Xətai, 11,8% Yasamal, 11,6%-lə Sabunçu, 8,4%-lə Suraxanı, 7,9%-lə Nərimanov, 7,7%-lə Nəsimi və Xəzər, 7,1%-lə Nizami, 5%-lə Səbail, 4,4%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Azərbaycanda koronavirusa yoluxma sayı 3300-ü keçdi
Xatırladaq ki, dünən Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.
COVID-19 əleyhinə 29 515 vaksin vurulub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 736 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* SN rəsmisi Azərbaycanda pandemiyanın bitəcəyi vaxt haqda
* İnsan orqanizmində COVID-19-un bütün ştammlarını bloklayan hüceyrələr tapıldı
* Omikron ilə pandemiyanın sonu gəlir? - ÜST-dən bəyanat
* Omikron ştammını testsiz aşkarlamağın yolu