BAKI, 28 yanvar - Sputnik. Füzuli rayonu ərazisində traktor minaya düşüb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.
Düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.
Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.
Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir.
Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.