RUSİYA

Putin Türkiyəyə səfər edəcək – Kreml anons etdi

Rəcəb Tayyib Ərdoğan "NTV" telekanalına müsahibəsində bildirib ki, "Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini Türkiyədə qəbul etməklə, sülhə aparan yolun əsasını qoya bilərik.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin Ərdoğanın Türkiyəyə səfər etmək barədə təklifini qəbul edib. Onların qrafiki və epidemioloji vəziyyət imkan verən kimi səfər gerçəkləşəcək", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" telekanalına müsahibəsində bildirib ki, "Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini Türkiyədə qəbul etməklə, sülhə aparan yolun əsasını qoya bilərik":
"Bu, bizim regiondur. Biz Rusiya ilə Ukrayna arasında gərginliyin yeni böhrana çevrilməsinin əleyhinəyik. Bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır", - deyə Ərdoğan qeyd edib.
"İki ölkənin liderini Türkiyədə qəbul edib, sülhə aparan yolunu aça bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir göstərir. Biz daha çox müharibə istəmirik. Biz məsələnin dialoq yolu ilə həllini və güc tətbiqindən çəkinməyi zəruri hesab edirik", - deyə Ərdoğan qeyd edib.
Kreml Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərinə yönəlik dəvətinə cavab verdi
Türkiyə "altılıq" platforması ilə bağlı təklif verdi
Türkiyə "altılıq" platforması ilə bağlı təklif verdi