BAKI, 27 yanvar — Sputnik. "Aztelecom" MMC və "Baktelecom" MMC birləşdiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda təşkil olunan seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
O bildirib ki, bu istiqamətdə artıq hüquqi işlərə başlanılıb və yaxın zamanda bunun şahidi olacağıq.
Bu il 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin ediləcək
Nazir müavini Rövşən Rüstəmov deyib ki, bu il 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışını təmin etməyi hədəfləmişik. Ötən il bu rəqəm 40 min olub.
“Bizim hədəfimiz həm də ölkənin hər bir yerinin yüksəksürətli internetə çıxışını təmin etməkdir. Bu isə minimum 25 m/bit saniyədir”, - deyə nazir müavini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: