İQTİSADİYYAT

Azərbaycan nefti 94 dollara yaxınlaşır

Dünya bazarlarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. "Brent" markalı neftin qiyməti 0,68 azalaraq 89,28 dollar olub.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,68 ABŞ dolları və ya 2,94% artaraq 93,84 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,68 azalaraq 89,28 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,70 dollar ucuzlaşaraq 86,65 dollar olub.
ABŞ-da neft hasilatının azalması, OPEC-in fevralda keçiriləcək iclası və digər amillər neft bazarına təsir edir.
Dünya bazarlarında təbii qazın qiyməti isə artıb. Nyu-York birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 2,5 faiz artaraq 4,098 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 21-də (92,89) qeydə alınıb. Ötən il Azərbaycan neftinin ən yüksək göstərici 88,19 dollar, ən minimal göstərici isə 50,92 dollar olub.
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 26,4 milyon neft daşınıb
Keçən il magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Neftin orta qiyməti bu il xeyli artacaq - PROQNOZ
"Lukoil"un Dayazsulu Abşeron geoloji-kəşfiyyat layihəsində payı nə qədərdir?