BAKI, 26 yanvar — Sputnik. Dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Sputnik Azərbaycan-a bildirib.
O qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.
O, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədovdur.
Polis m.Əhmədovu Yevlax rayonu ərazisində saxlayaraq şöbəyə gətirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.