CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın iki ən böyük teatrı bağlandı

Azdrama fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul edib. Rus Dram Teatrında isə iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib:
“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
***
Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin görülməsi qərara alınıb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub:
"Teatrda çalışan texniki işçilərin, aktyorların böyük bir qismi virusa yoluxub. Hər tamaşa vaxtı 100-lərlə tamaşaçı gəlir, nəticədə də virus artır. Bununla əlaqədar olaraq, 14 günlük fasilə vermişik".
Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.
***
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə Sputnik Azərbaycan-a teatrdan məlumat verilib.
Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:
"Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq".