BAKI, 26 yanvar - Sputnik. ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir.
"Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli müqavilə layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - nazirlikdən bildirilib.
Bundan sonra ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırdığını bildirib.
“Yaxın günlərdə Moskva bizim cavabımızla tanış olacaq Rusiya xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırıram”, - ABŞ dövlət katibi jurnalistlərə bildirib.
Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın Rusiya XİN-in binasından ayrılıb. O, jurnalistlərin suallarını cavablandırmayıb. Diplomat burada yarım saatdan çox vaxt keçirib.
Lavrovun cavabı özünü çox gözlətmədi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərkən bildirib ki, Rusiya bu həftə ABŞ və NATO-dan təhlükəsizlik təkliflərinə cavab almağa ümid edir.
"Yanvarın 21-də amerikalı həmkarlarımın xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə bu mövzuda danışıqlar apardım. O, əmin etdi və biz də ümid edirik ki, həmin zəmanətlər yerinə yetiriləcək, bu həftə ərzində bizim konkret tələblərimizlə bağlı ABŞ-ın mövqeyini açıqlayan cavab yazılı şəkildə göndəriləcək" - deyə Lavrov Rusiya Federasiyası Dövlət Dumasında çıxış edərkən bildirib.
Həmçinin oxuyun: