RUSİYA

Yerevan KTMT-dən hərbi kömək istəməli deyil, Bakı ilə məsələləri həll etməlidir

Azərbaycan və Ermənistan sərhədində baş verənlərlə, ilin əvvəlində Qazaxıstandakı vəziyyət arasında paralellər aparmağı zəruri hesab etməyib.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. KTMT-nin keçmiş baş katibi ilin əvvəlində Qazaxıstanda baş verən hadisələr zamanı olduğu kimi Ermənistan KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə eyni əməliyyat müdaxiləsinə arxalana biləcəyinə dair verilən suala cavab verib.
KTMT-nin keçmiş baş katibi, Avrasiya İnformasiya və Analitik Konsorsiumunun Koordinasiya Şurasının sədri Nikolay Borduja bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası müxtəlif hadisələri istisna edə bilərdi, məsələləri diplomatik üsullarla həll etmək lazımdır.
“Mən Ermənistan və Azərbaycana tanınmış sərhədlərin müəyyən edilməsində köməklik göstərilməsinin zəruriliyindən danışardım. Bu isə birgə qrupların yaradılması və arxivlərdən, o cümlədən Rusiyadan materialların, müxtəlif illərin xəritələrinin əldə edilməsi deməkdir. Sərhədlər üzrə qarşılıqlı qəbul edilə bilən qərarlar qəbul etməliyik”, - deyə Bordyuja hesab edir.
O, bu məsələdə Rusiyanın təcrübəsini, Çin və Qazaxıstanla sərhəddə bu cür problemlərin necə həll edildiyini xatırladıb.

“Belə delimitasiya və demarkasiya qrupları vaxtilə Rusiya və Çin, Rusiya və Qazaxıstan tərəfindən yaradılıb. Orada da mübahisəli ərazilər də var idi, emosiyalar qızışırdı, buna baxmayaraq tərəflər diplomatik üsullarla qarşılıqlı məqbul həll yolları tapa bildilər”, - deyə Bordyuja vurğulayıb.

Onun sözlərinə görə, sərhədin delimitasiyası silahlı münaqişələr və atışmalarla bağlı məsələləri dərhal aradan qaldıracaqdı.
“Düşünmürəm ki, bu mərhələdə KTMT qoşunlarının daxil edilməsi ilə bağlı danışmaq və ya məsələni həll etmək olar”, - deyə Bordyuja qeyd edib.
O, Azərbaycan və Ermənistan sərhədində baş verənlərlə, ilin əvvəlində Qazaxıstandakı vəziyyət arasında paralellər aparmağı zəruri hesab etməyib.
“Əminəm ki, Qazaxıstandakı qeyri-sabitlik Mərkəzi Asiya regionunda qeyri-sabitliyə gətirib çıxaracaq. Əgər qeyri-sabit Əfqanıstanı və Mərkəzi Asiya regionu dövlətlərindəki “yatmış” terror hüceyrələrini nəzərə alsaq, bu, təkcə Mərkəzi Asiya dövlətlərinin deyil, həm də Çin və Rusiyanın təhlükəsizliyi üçün çox ciddi nəticələrə səbəb olacaq”, - deyə KTMT-nin keçmiş baş katibi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentləri istisna edə bilər
Putinlə Paşinyan sərhədlərinin demarkasiyası üzrə razılaşmaları müzakirə ediblər