CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb

İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda Xəzər dənizində nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlanıb.
Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyib ki, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismən də olsa üstünlük təşkil edir.
Onun sözlərinə görə, bunun səbəbi nərə balıqlarının buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır:
"Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər. Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar, yox dərəcəsindədir. Son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinməyib".
Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.