SƏHİYYƏ

Bu balıq xərçəng xəstəliyi yaradır

Mütəxəssis deyir ki, adətən, bu balıq digər xörəklər və düyü üçün qarnir kimi istifadə olunur.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Britaniyalı əczaçı Husseyn Abde duzlu balıq yeməyi məsləhət görmür. Onun sözlərinə görə, bu balıq xərçəng xəstəliyi yaradır.
"Bu dəniz məhsulu Cənub-Şərqi Asiyada populyardır. Adətən, bu balıq digər xörəklər və düyü üçün qarnir kimi istifadə olunur. Hot-doq, emal olunmuş ət, salyami kimi duzlu balıq da birinci kateqoriya kanserogenlərə aid edilir", - Abde Express nəşrinə deyib.
Həkimin sözlərinə görə, balıq konservləşdirilərkən onu duzlayanda bu, əlavə məhsulların yaranmasına səbəb olur ki, bunlar da son nəticədə xərçəng xəstəliklərini tətikləyir.
Mütəxəssis bu fikirdədir ki, istənilən duzlu, marinə edilmiş, hisə verilmiş qida mədə və yoğun bağırsaqda xərçəng yarada bilər. O, bu cür qidalardan tez-tez istifadə etməyi məsləhət görmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.