BAKI, 24 yanvar — Sputnik. Milli Məclisdə Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, komitədə sessiya müddətində "Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri" mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində "8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.
Bakıda 246 nəfər barəsində Amnistiya aktı tətbiq edilib.
Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycandakı bütün məhkumlar peyvənd olunub