GORANBOY, 23 yanvar - Sputnik. Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan daha biri dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.
Ümumilikdə qəza nəticəsində üş nəfər həlak olub, dörd yaralının müalicəsi xəstəxanada davam etdirirlir.
--------
14:09
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Qəza yerində
© Sputnik / Rahim Mammadov
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəza Goranboy-Naftalan yolunda qeydə alınıb. Hadisə zamanı “BMW” və “VAZ-2109” toqquşub. Zərbənin gücündən avtomobillrdən biri aşıb, digəri isə yoldan kənara düşüb.
Qəza zamanı Goranboy rayon Təhlə kənd sakini Tanrıverdiyeva Aybəniz Əli qızı, onu bacısı Vəzifə Tanrıverdiyava həlak olublar. Avtoqəza nəticəsində xəsarət alanlar - Rəsul Əliyev, Cəmilə Əlizadə, Sənəm Əliyeva, Dilarə Əliyeva, İkram Orucov - xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.