İDMAN

Azərbaycan idmançısı Parisdə gümüş medal qazandı

İyirmi altı yaşlı idmançımız həlledici görüşdə fransalı Alizye Ajye ilə qarşılaşıb.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində gümüş medal qazanıb.

61 kq çəkidə çıxış edən idmançımız final görüşündə fransalı Alizye Ajye 4:2 hesabı ilə məğlub olub.
--------
10:53
Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində finala vəsiqə qazanıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, 68 kq-da çıxış edən 26 yaşlı idmançı həlledici görüşdə fransalı Alizye Ajye ilə qarşılaşacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Əvvəlcə yerli karateçi Çayme Zaudjala qalib gələn ikiqat dünya və Avropa çempionu növbəti raundda kosovolu Festina Kurrini məğlub edib. Zaretska yarımfinalda isə Fransanın digər təmsilçisi Taliya Sombedən üstün olub.
Qeyd edək ki, final görüşü bu gün keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.