BAKI, 22 yanvar - Sputnik. Boston Universitetinin (ABŞ) alimləri koronavirus infeksiyasının kişilərin nəsilartırma funksiyasına təsir etdiyini aşkarlayıblar.
Tədqiqatın nəticələri American Journal of Epidemiology nəşrində dərc edilib.
"SARS-CoV-2 koronavirus infeksiyası kişilərdə qısa müddətə fertilliyin azalmasına səbəb olur. Vaksinasiya isə nəsilartırma qabiliyyətini nə kişilərdə, nə də qadınlarda azaldır", - tədqiqatda deyilir.
Müəlliflər qeyd edirlər ki, vaksinasiya hamiləlik planlaşdıran qadınlara mənfi təsir göstərməyib.
Alimlərin yekun rəyi belə olub ki, nəsilartırma qabiliyyətinə vaksinlər deyil, məhz SARS-CoV-2 koronavirus infeksiyası mənfi təsir göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: