İDMAN

Azərbaycanlı futbolçu səhhətinə görə həvəskar komandaya keçdi

Əzizov səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. "Keşlə" klubunun sabiq futbolçusu Ziya Əzizovun yeni klubu bəlli olub.
"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası hesab olunan "Trinitas"a keçib.
Əzizov səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.
Qeyd edək ki, Ziya Əzizov Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Yarımmüdafiəçi 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib.
Millimizin bəzi üzvləri Avropa çempionatının oyunlarını buraxacaqlar
Azərbaycan futzal millisinin üzvləri Qallo və Rövşən Hüseynlidən növbəti dəfə koronavirus testi götürülüb.
Sputnik Azərbaycan-ın Qol.az-a istinadən xəbərinə görə, hər iki futzalçıda nəticə pozitiv çıxıb.
Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27 yanvardır. Bu isə o deməkdir ki, Qallo və Hüseynli Avropa çempionatının qrup mərhələsində Gürcüstan və İspaniya ilə oyunları buraxacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında ilk oyununu bu gün Gürcüstana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayıb.