BAKI, 21 yanvar — Sputnik. "Çukur" serialında "Timsah Celil" obrazıyla məşhurlaşan aktyor Ahmet Melih Yılmaz cinsiyyətini dəyişdirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor "TikTok"da məlumat verib:
"Cinsiyyətimi dəyişdirdim deyə, incə danışmaq və ya dodaqlarımı böyütmək məcburiyyətində deyiləm".
O, dəyişimdən sonra çəkilən fotolarını sosial şəbəkədə də paylaşıb.
Məlumat üçün bildirək ki, əsasən Türkiyənin müxtəlif teatrlarında rol alan aktyor "Çukur" serialından başqa, "Bay", "Həyat mahnısı", "Dəlilik", "Şüşə tavanlar" kimi seriallarda rol alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: