BAKI, 21 yanvar - Sputnik. Azərbaycanın tanınmış qrossmeysterlərindən Teymur Rəcəbov ikinci dəfə evləndi.
Şahmatçı Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın nəvəsi Anna Maksakova ilə ailə qurub. Bu barədə Rəcəbov Anna ilə nikahdan olan şəklini Instagram səhifəsində paylaşmaqla bildirib.
Bu, Rəcəbovun ikinci nikahıdır. Əvvəl o, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə evli idi. İlk nikahından Rəcəbovun 8 yaşlı qızı var.
Qeyd edək ki, Anna Maksakova Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq biznes və işgüzar inzibatçılıq fakültəsinin məzunudur.
Rəcəbov bu il namizədlər turnirində çıxış edəcək. Turnirin qalibi dünya çempionu titulu üçün hazırkı çempion Maqnus Karlsenlə üz-üzə gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.