BAKI, 21 yanvar — Sputnik. Türkiyənin məşhur "Benden Ne Olur?" filminin Bakıda premyerası keçirilir. Sputnik Azərbaycan bildirir ki, filmdə rol alan türk ulduzlar artıq premyeranın keçirildiyi "Flame Towers"dədirlər.
Filmin yaradıcı heyətindən Hazal Kaya, Selin Şekerci, Leyla Atay, Enis Arıkan və filmin ssenari müəllifi Aslı Kızmaz artıq yerli media nümayəndələri ilə görüşüərək qısa müsahibələr veriblər.
Hazal Kaya müsahibəsində Bakıda bəyəndiklərindən, eləcə də iki dəfə COVID-19 xəstəliyinə yoluxmasından danışıb.
Hazal Kaya Bakıda
© Sputnik / Shahperi Abbasova
Hazal Kaya ölkələrindəki pandemiya vəziyyətində filmi necə çəkdiklərindən söz açıb: "İki dəfə COVID-19-a yoluxdum. Çətin idi, amma buna baxmayaraq biz çəkilişlərimizi etdik. Çox həyəcanlıyıq, ümid edirəm, azərbaycanlı tamaşaçılar da filmimizi bəyənəcəklər".
Məşhurlar Azərbaycan mətbəxinin təamlarından da dadıblar. Enis Arıkan ən çox milli mətbəximizdən xəngəli bəyəndiyini bildirib.
H.Kaya ilə birgə filmə baxmaq istəyənlər 35 manat ödəməli olacaqlar.
Qeyd edək ki, bu filmdə Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkiliblər.
Həmçinin oxuyun: