İQTİSADİYYAT

Azərbaycandan Türkiyə və Avropaya on yeddi milyardlıq ixrac

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Ötən il Azərbaycandan Avropaya 8,15 mlrd. kubmetr təbii qaz ixrac edilib. Sputnik Azərbaycan-ın "APA"ya istinadən xəbərinə görə, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 8,5 mlrd. kubmetr qaz ixrac edilib.
Beləliklə, qeyd etmək olar ki, ümumilikdə ötən il Azərbaycandan Türkiyə və Avropaya 16,65 mlrd. kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Trans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır.
Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.
Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan neftinin qiyməti artır - 90 dollar həddini keçib
İrandan Rusiyaya Azərbaycanla bağlı qeyri-adi təklif
İranlı nazir Azərbaycanla bağlı açıqlama verdi
Naxçıvana qaz haradan gəlir?
Aşqabad müqaviləsi işə düşüb: Türkmənistan qazı İran üzərindən Azərbaycana gətirilir