DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Dövlət katibi: "Rusiya ilə əməkdaşlığa hazırıq"

NATO dəfələrlə şəffaf və müsbət münasibətlər qurmaq üçün Rusiyaya əl uzadıb, lakin rədd cavabı alıb.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, ölkəsi dəfələrlə Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, hər iki ölkənin birgə işləməsi üçün xeyli sayda sahələr var. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Biz dəfələrlə vurğulayırdıq ki, Rusiya ilə əməkdaşlıq etmək istəyirik... Biz bir çox sahələrdə birlikdə işləməliyik... Bura iqlim dəyişikliyi, koronavirus və ya yeni texnologiyaların təsiri ol bilər", - deyə ABŞ Dövlət katibi Almaniyanın "ZDF" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, NATO dəfələrlə şəffaf və müsbət münasibətlər qurmaq üçün Rusiyaya əl uzadıb, lakin rədd cavabı alıb.
Qeyd edək ki, daha əvvəl Rusiya dəfələrlə bəyan etmişdi ki, Qərb ölkələri ilə bütün sahələr üzrə dialoqa hazırdır, lakin o münasibətlərin korlanmasında günahkar deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazla bağlı nə danışıblar?
Putin-Rəisi görüşü: Kreml mövzuları açıqladı
Rusiya-İran əməkdaşlıq təcrübəsi bundan sonra da tətbiq oluna bilər - Rəisi