BAKI, 20 yanvar - Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.
37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.
Report xəbər verir ki, hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati və macarıstanlı Rixard Rapport ilə birlikdə hərəyə 3,5 xalla ilk 3 pilləni bölüşür.
Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2021-ci ilin noyabrında açıqladığı reytinq siyahısında ilk onluqda yer alıb.
Həmçinin oxuyun: