BAKI, 20 yanvar - Sputnik. Rusiyanın paytaxtı Moska şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında görüş baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələləri müzakirə ediblər.
Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.
Həmçinin oxuyun: