BAKI, 20 yanvar — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
"Həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq. Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq", - deyə nazir müavini bildirib.
O, əlavə edib ki, bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək.