"National Geographic" jurnalının tanınmış əməkdaşı, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Sputnik Azərbaycan-a Qanlı Yanvar hadisəsi zamanı Bakıya necə çətinliklə gəldiyindən və gördüklərindən söz açıb. Məşhur fotoqraf müsahibəsində deyib:
"1990 ci-il yanvarın 20-dən sonra mənə dedilər ki, Bakıda faciə yaşanıb. Məni Bakıya dəvət etdilər. O zaman xarici jurnalistləri Bakıya buraxmırdılar. İstəmirdilər ki, dünya bu xəbəri bilsin. Onda fikirləşdim ki, mütləq bir yol tapıb özümü Bakıya çatdırmalıyam".
Bütün bu çətinliklərə baxmayaraq, Reza Deqati Qanlı Yanvar hadisələrini dünyaya çatdırmağı bacardı.