“Larisanın qardaşı Emin mənim şagirdim olub. Amma Larisa özü də hamımızın şagirdi hesab olunur. O, çox tərbiyəli şagird idi. Rəsm çəkmək, pianinoda ifa etmək bacarıqları Larisanı öz sinif yoldaşlarından fərqləndirirdi”.
"O, gözəl rəsm çəkir, toxuyur, pianino çalırdı. Deyirdi ki, ya rəssam olacaq, yaxud da musiqi müəllimi. Bu gün pianinoda ifa edən qızı görəndə Larisanın bu arzusu yadıma düşdü. Mən 20 Yanvar hadisəsindən sonra Larisa haqqında heç kəslə danışmaq istəmirdim. Amma sonra 20 Yanvar da günahsız şəhid olan hər kəs kimi Larisanın da xatirəsinin daim yaşamalı olduğunu anladım. Çox sevinirəm ki, Larisa təhsil aldığı məktəbdə belə anılır. Onu unutmurlar. Larisa Məmmədovanın adına Bakı şəhərində küçə var. Yanvar faciəsi Azərbaycanda yaşayan, milliyətindən asılı olmayaraq bu ölkənin vətəndaşı olan hər kəsin faciəsidir. Bu ağrını hər birimiz öz ürəyimizdə gəzdiririk. 32 ildə yaramız sadəcə qaysaq bağlayıb. Hər il yanvar ayının 19-dan 20-ə keçən gecə bu yara qanayır”.