BAKI, 19 yanvar — Sputnik. İranla Rusiya arasında əməkdaşlıq təcrübəsi bundan sonra da tətbiq oluna bilər. Sputnik Azərbaycan RİA Novosti-y istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya və İranın Suriyada əməkdaşlıq təcrübəsi onun digər sahələrdə tətbiqi üçün ilkin şərtlər yarada bilər.
"Bizim Suriyada Rusiya Federasiyası ilə çox yaxşı əməkdaşlıq təcrübəmiz var və bu, regionda, Suriya Ərəb Respublikasında terrorizmlə mübarizədə əməkdaşlıqdır. Belə, çox yaxşı təcrübə bizim bu təcrübəni bir çox başqa sahələrdə tətbiq etmək üçün ilkin şərtlər yarada bilər”, - deyə Rəisi deyib.
Xatırladaq ki, bir qədər əvvəl İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı RİA Novosti-yə bildirib ki, Suriya üzrə Rusiya-İran-Türkiyə sammiti (Suriya nizamlanması üzrə qarant ölkələr) 2022-ci ilin əvvəlində baş verməsi gözlənilir. Bundan əvvəl isə üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
***
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xəbəri RİA Novosti yayıb.
Liderlər ikitərəfli münasibətləri, birgə iqtisadi layihələri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəyi xəbər verilib. Putin və Rəisinin İranın nüvə sazişinə dair razılaşmanı da müzakirə edəcəyi gözlənilir.
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi görüş zamanı
© Sputnik / Павел Бедняков
/ Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefonla danışıblar.
Onlar dekabrın sonunda Vyanada davam etdirilən nüvə sazişinin tam icrasının bərpası üzrə danışıqların səkkizinci raundu kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafında vəziyyəti müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: