İQTİSADİYYAT

Nazir: Ölkədə ÜDM on bir milyard manat artıb

Cari ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, 2021-ci ildə bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
Sputnik
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, 2021-ci ildə bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.
2021-ci ildə ÜDM istehsalı
Qeyd edək ki, ilkin məlumatlara əsasən 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb.
ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Mikayıl Cabbarov qeyri-neft sektorunda vəziyyəti qiymətləndirdi
Qafqaz regionu ölkələrinin büdcə balansı
Cabbarov yeni iqtisadi strategiya hədəflərini açıqladı