DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Belarus gözlənilmədən hərbi təlimlərə başlayır

Tədbirin yekun mərhələsində Belarus və Rusiya "İttifaq Qətiyyəti – 2022" birgə təlimləri keçirəcək.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Rusiya və Belarus Silahlı Qüvvələri 10-20 fevral tarixlərində "İttifaq Qətiyyəti – 2022" birgə təlimləri keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, daha əvvəl Belarusun Silahlı Qüvvələrinin Baş Qərargahının müavini Pavel Muraveyko bəyan etmişdi ki, Rusiya ilə birgə İttifaq dövlətinin qüvvələrinin və vasitələrinin qəfil yoxlanışı həyata keçiriləcək.
O bildirmişdi ki, tədbirin yekun mərhələsində Belarus və Rusiya "İttifaq Qətiyyəti – 2022" birgə təlimləri keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
KTMT Qazaxıstanda vəziyyətin yenidən kəskinləşməsi ehtimalını dəyərləndirdi
Yüksək texnologiyanın tətbiqi ilə döyüş hazırlığı - VİDEO