RUSİYA

Rusiya XİN diplomatların çıxarılması məsələsinə aydınlıq gətirdi

Dmitri Peskov bildirib ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Ukraynadakı səfirliyi adi qaydada fəaliyyət göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiyanın Kiyevdəki səfirliyi adi qaydada fəaliyyət göstərir", - deyə Nazirlikdən bildirilib.
Daha əvvəl ABŞ-ın "New York Times" nəşri Ukrayna Təhlükəsizlik Qüvvələrində yüksəkvəzifəli əməkdaşa istinadən məlumat yayıb ki, Rusiya öz diplomatlarını Ukraynadan təxliyə etməyə hazırlaşır.
Qeyd edək ki, yanvarın 16-ı Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın "CNN" telekanalına müsahibəsində bildirib ki, Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır.
Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir:
"Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir".
Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: "Biz hələ də sübut gözləyirik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Soyqırımından “cəhənnəm sanksiyaları”na: Qərb özünə sadiqdir