AZƏRBAYCAN XƏBƏRLƏRİ

Peyk televiziya yayımında dəyişiklik olacaq

"AzərSpace" peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının formatı dəyişilir.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Milli Televiziya və Radio Şurası (MTRŞ) peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib. Şuradan "Report"a bildirilib ki, yanvarın 28-dən "AzərSpace" peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu məqsədlə qeyd olunan texniki parametrlərdən istifadə olunacaq:
Frequency: 11175
Symbol Rate: 30000
Polarization: Horizontal
FEC: 3 / 4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azərbaycan televiziya və radio yayım məkanının bir ili
* Bu da telekanallarımızın "pay"ı - "Həqiqətən, əziyyət çəkəcəklər"