AZƏRBAYCAN XƏBƏRLƏRİ

Palçıq vulkanlarının daha bir xeyri - video

Ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. "Ölkədə geoparkların yaradılması istiqamətində iş aparılır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova "Ekspert saatı"nda deyib. O bildirib ki, Azərbaycanda palçıq vulkanlarının ərazisində geoparkların yaradılması istiqamətində işlərə başlanılıb:
"Geoparkın əsasnaməsi təsdiqlənib. Geopark həm də UNESCO-nun mühafizə olunan kateqoriyalarından biridir. Bu zaman onların UNESCO-nun təbii irs siyahısına salınması ilə bağlı da işlər görüləcək. Bununla bağlı nominasiya sənədi hazırlanır. Növbəti illərdə ölkədə geoparklar istifadəyə veriləcək".
Qeyd edək ki, ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb.
2021-ci ilin 4 iyununda Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Azərbaycanda təxminən 350 palçıq vulkanı mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Katex şəlaləsi turizm marşrutuna çevriləcək