FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Canavar Ayı: 2022-ci ilin ilk Ay bədirlənməsi fotolarda

"Canavar Ayı" kimi tanınan 2022-ci ilin ilk Ay bədirlənməsi yanvarın 18-də müşahidə olunub.
Sputnik
Şimali Amerika hinduları ilin ilk Ay bədirlənməsi zamanı, qışın ortalarında, meşədəki ac canavarların həmişəkindən daha çox uladıqlarını və insanların bu vəziyyətdən qorxduqlarını görərək, bu Ayı "Canavar Ayı" adlandırıblar.
1 / 9

Müqəddəs Mixail Qülləsinin yaxınlığındakı insanlar İngiltərənin Qlastonberi zirvəsinin arxasından doğan "Canavar Ayı" izləyirlər.

2 / 9

İngiltərənin Lambton üzərindən doğan "Canavar Ay".

3 / 9

"Canavar Ayı" doğan zaman insanlar İngiltərənin Qlastonberi-Tor təpəsinin zirvəsində köpəklə gəzirlər.

4 / 9

İngiltərənin Hanstenton şəhərindəki canavar heykəlinin üzərində "Canavar Ayı" kimi tanınan bədirlənən Ay.

5 / 9

"Canavar Ayı" Banqkokdakı çoxmərtəbəli yaşayış binasının arxasında yüksəlir.

6 / 9

Banqkokdakı ticarət mərkəzinin yaxınlığında asılmış rəngarəng işıqların arasından "Canavar Ayı"nın görünüşü.

7 / 9

İngiltərənin "Mow Cop Folly" qəsrinin üzərində yüksələn "Canavar Ayı".

8 / 9

"Canavar Ayı" kimi tanınan ilin ilk Ay bədirlənməsinin "London gözü" karuselinin arxasından görünüşü.

9 / 9

Londonun mərkəzindəki göydələnin arxasında "Canavar Ayı"nın doğması.

Ulu babalarımız Ayın bədirlənməsini baş verdiyi ayın xüsusiyyətlərindən asılı olaraq fərqli adlandırıblar. Avropa və Amerikada soyuq yanvar gecələrində kəndlilər tez-tez canavarların ulamalarını eşidirdilər və buna görə də yanvarda Ayın bədirlənməsini "Canavar Ayı" kimi adlandırmağa başlayıblar.
Əvvəllər canavarların aclıqdan uladıqları düşünülürdü, ancaq indi məlum olub ki, bu yırtıcılar ulayaraq bir-biriləri ilə ünsiyyət qurur, sürünün birliyini qoruyur və ya insanları qorxudurlar.
Ay bədirlənən zaman o, maksimum parlaqlığına çatacaq. Yer kürəsinin təbii peyki - gecə səmasında ən parlaq obyektdir və onu xüsusi avadanlıq olmadan da müşahidə etmək çox asandır.
"Qarlı Ay" kimi tanınan növbəti Ayın bədirlənməsi isə 2022-ci il fevralın 16-da baş verəcək.
Ümumilikdə 2022-ci ildə 12 dəfə Ay bədirlənəcək və hər biri ilin hər ayında doğacaq. Ancaq bəzən bir təqvim ilində 13 dəfə Ayın bədirlənməsini müşahidə etmək olur. Sonuncu dəfə bu hal 2020-ci ildə baş verib.