İDMAN

2021-ci ilin ən yaxşı futbolçusu kimdir? FIFA açıqladı

"İlin ən yaxşısısı" dünyanın digər futbol ulduzları Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.
Sputnik
BAKI, 18 yanvar - Sputnik. FIFA 2021-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sputnik Azərbaycanın məlumatına görə, FIFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.
O, ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısısı olan Levandovski səsvermədə dünyanın digər futbol ulduzları Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.
İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.
Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.