BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Sputnik Azərbaycan ANAMA-a istinadla xəbər verir ki, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 500 ha-dan artıq ərazi təmizlənib.
Həmçinin oxuyun:
Peşəkarlar da minada partlayırlar: Xudiyev acı təcrübəsini bölüşdü
Etibarsız mina xəritələri - beynəlxalq təzyiqlər effekt vermir