BAKI, 15 yanvar - Sputnik. Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı 225 nəfər, o cümlədən respublikanın hüquq-mühafizə orqanlarının 19 əməkdaçı həlak olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadıən xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğunun nümayəndəsi Serik Şalabaev deyib.
“225 ölü meyitxanalara təhvil verilib, o cümlədən 19 polis və hərbçi”, - deyə o, mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumilikdə iğtişaşların 4578 qurbanı müəyyən edilib, onlardan 4353-ü yaralanıb, o cümlədən hüquq-mühafizə orqanlarının 3393 əməkdaşı”, - deyə Şalabayev əlavə edib.
Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asel Artakşinova jurnalistlərə açıqlamasında bildirib ki, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində dünyasını dəyişib.
Qazaxıstanda 2022-ci ilin ilk günlərində yanacağın bahalaşması ilə bağlı etirazlar iğtişaşlara çevrilib. İnsanlar küçələrə çıxıb, təhlükəsizlik qüvvələri ilə toqquşmalar və talanlar başlayıb. Nəticədə hər iki tərəfdən qurbanlar və yaralananlar var.
Ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub, hökumət istefaya göndərilib.
Prezident Kasım-Jomart Tokayev yanacağın satış qiymətlərinin tənzimlənməsi barədə göstəriş verib. O, baş verənləri xarici təcavüz aktı adlandırıb və kömək üçün KTMT üzrə tərəfdaşlarına müraciət edib.
İğtişaşlar zamanı KTMT üzvləri respublikaya inzibati və diplomatik binaların mühafizəsi ilə məşğul olmaq və yerli hərbçilərə asayişin qorunmasına köməklik göstərmək üçün kollektiv sülhməramlı qüvvələr göndərdilər.
Cümə axşamı, yanvarın 13-də onlar KTMT missiyasını uğurla başa vurduqlarını elan ediblər. Hazırda sülhməramlılar Qazaxıstandan qayıdırlar.
Həmçinin oxuyun: