BAKI, 13 yanvar - Sputnik. Şamaxıda torpaq sürməsi nəticəsində qəzalı vəziyyətdə düşən yolda bərpa işlərinə başlanılıb.
Kənd İcra nümayəndəsi Ariz Vahidovun sözlərinə görə günün ikinci yarısından sözü gedən əraziyə yol idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Torpaq sürüşməsi nəticəsində dağıntıya məruz qalan asvalt ərazidən təmizləndikdən sonra yeni qatla əvəzlənəcək.
Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.
Şamaxıdaqəzalı vəziyyətdə düşən yolda bərpa işlərinə başlanılıb
© Sputnik / Reshad Rashidov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.
Həmçinin oxuyun: